Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı Sərəncama əsasən, Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək, Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Xankəndidə Qarabağ Universitetinin yaradılması ilə bağlı fikirlərini öyrənmək üçün əməkdaşımız Röya Qarabalı vaxtilə əmək fəaliyyətinə 1975-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi başlamış, 1978–1988-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (Qarabağın) mərkəzində Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunda baş müəllim, dosent və "Riyazi analiz" kafedrasının müdiri işləmiş Həmdulla Aslanovla görüşüb söhbət etmişdir.
Xankəndi institutunda dərs demiş müəllim görün nələri danışdı, Ermənilərin Bakı ilə bağlı planları və daha nələr ilk dəfə - AzTV-də...
Söhbətin əsas detallarını videodan izləyə bilərsiniz.